"ABŞ və İranın münasibətlərində son zamanlarda ən müsbət tərəf dialoqun bərpa edilməsidir. İki tərəf arasında danışıqlar keçirilir və bu danışıqlar müəyyən ümidlərə yol aça bilər. Danışıqlar hələki həlledici varianta daxil olmadığı üçün müsbət nəticələrə şahid olmamışıq. Buna baxmayaraq danışıqların bərpası belə gələcəyə ümid verir".
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Zeynal Əmrəliyev deyib.
"ABŞ-nin əsas istəyi İranın nüvə silahından və Yaxın Şərqdəki proksi qüvvələrə dəstək verməkdən imtina etməsidir. Rəsmi Tehrandan verilən məlumatlara əsasən İranın bu məsələyə isti baxdığının şahidi oluruq. Mühafizəkar dairələr, Ali dini liderin tərəfdarları, SEPAH qanadı buna qarşı gəlməyə çalışırlar. Danışıqlar uğursuz nəticələnərsə, Pezeşkian komandasına ciddi zərbə olacaq. Əgər bu qruplaşmaları qarşısına ala bilsə, o zaman danışıqlardan müsbət nəticə gözləmək olar. İran sərt mövqe nümayiş etdirərsə, bu ağır nəticələr verəcək. İranın əsas istəyi üzərindən ağır sanksiyaların götürülməsidir. Tehranda başa düşürlər ki, İran ordusu ABŞ ilə toqquşacaq gücə sahib deyil. Buna görə də çalışacaqlar ki, Qərblə razılığa gedə bilsinlər".
Əfsanə Kamal
Demokrat.az