İngiltərədə bir hindu keşiş təcavüzə görə 7 il həbs cəzası alıb.
Tərəfdarları tərəfindən "Svami" və ya "Baba" kimi tanınan Muralikrişnan Pulikkal Londonun şimalındakı Barnet qəsəbəsindəki Şri Kathirqaama Skanthan məbədinə rəhbərlik edib. Məhkəmə müəyyən edib ki, keşiş həssas qadınları manipulyasiya edərək vəzifəsindən sui-istifadə edib. O, qadınları keçmiş həyatlarında onunla bağlı olduqlarına inandırıb.
Evliliyini xilas etmək üçün keşişə müraciət edən zərərçəkənlərdən biri məhkəmədə Pulikkalın "mübarək"yemək vermək bəhanəsi ilə onun evinə dəfələrlə necə baş çəkdiyini izah edib. Keşiş qadından bədən üzvlərini göstərməsini tələb edərək, bunun "şəfa" üçün lazım olduğunu iddia edib.
Qadın müqavimət göstərmək istəyəndə keşiş onu lənətləməklə hədələyib.
Əfsanə Kamal
Demokrat.az