Kral III Çarlz ilk dəfə İtaliyada rəsmi səfərdədir

DÜNYA 08 aprel 2025, 08:50
Böyük Britaniya Kralı III Çarlz və Kraliça Kamilla İtaliyaya rəsmi səfərə gəliblər.

Demokrat.az xəbər verir ki, taxta çıxdıqdan sonra İtaliyaya ilk dəfə rəsmi səfərə gələn Kral III Çarlz və xanımının İtaliya Prezidenti Sercio Mattarella və Baş nazir Ciorcia Meloni ilə görüşləri nəzərdə tutulur. Dörd günlük səfər çərçivəsində cütlüyün Kolizeyə səfəri, Britaniya icması və digər müxtəlif görüşləri nəzərdə tutulub.

Kral III Çarlzın İtaliya parlamentində çıxışı gözlənilir. Çarlz və xanımı evliliklərinin 20-ci ildönümündə - aprelin 10-u Ravenna şəhərinə səfər edəcəklər.

Qeyd edək ki, Kral III Çarlz və Kraliça Kamillanın Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisklə görüşü planlaşdırılsa da, pontifikin səhhəti ilə əlaqədar Vatikana səfər təxirə salınıb.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
16 aprel 2025, 23:50
16 aprel 2025, 22:59
Top