Evə getmək istəməyən arvadını hicabla boğub öldürdü — TƏFƏRRÜAT (YENİLƏNİB)

KRİMİNAL 07 aprel 2025, 09:10
Xaçmazda mollanın arvadını öldürməsinin bəzi təfərrüatları məlum olub.

Demokrat.az Bizim.Media-ya istinadən xəbər verir ki, 
Xaspoladoba kənd sakini, kəndin mollası, 47 yaşlı Asəf Vaqif oğlu  Məmmədov həyat yoldaşı Yaqut Bayram qızı Məmmədova ilə qardaşıgildə keçirilən qonaqlıqda iştirak edib.

Burada o, arvadına "burdan gedək" deyərək evə aparmaq istəyib. Qadın getmək istəməyib və onların mübahisələri düşüb.

Nəticədə Asəf Məmmədov arvadını onun başındakı hicabla boğaraq öldürüb.

Ər hadisəni törətdikdən sonra Xaçmaz  rayon polis şöbəsinə gələrək arvadını qətlə yetirdiyini deyib və təslim olub.

***08:38

Xaçmazda 45 yaşlı Yaqut Məmmədova qətlə yetirilib.


Demokrat.az Oxu.az-a istinadən xəbər verir ki, onu öldürməkdə rayonun Xaspoladoba kənd sakini, rayonda molla kimi fəaliyyət göstərən 1977-ci il təvəllüdlü Asəf Məmmədov şübhəli bilinir.

Məlumata görə, o, həyat yoldaşını boğaraq qətlə yetirib. Daha sonra A.Məmmədov polis idarəsinə gələrək təslim olub.

İlkin məlumata görə, hadisəyə səbəb qısqanclıq olub.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırmalar aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top