Gəncədə 23 yaşlı gəncin boğazı kəsilib — Saxlanılan var (YENİLƏNİB)

KRİMİNAL 06 aprel 2025, 09:57
Gəncədə 23 yaşlı oğlanın boğazı kəsilib.

Demokrat.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, yaralı Nəsib Rüstəmov xəstəxanaya yerləşdirilib.

N. Rüstəmov əməliyyat edilib, vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

***

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini 24 yaşlı E. Aşurov saxlanılaraq istintaqa təhvil verilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top