Ekoloq: "Balıq ovuna qadağa qoyulmazdan əvvəl insanlar bunun mahiyyətini anlamalıdırlar"

GÜNDƏM 01 aprel 2025, 19:20
"Mən qadağalardan öncə mədəniyyətin tərəfdarıyam. Balıq ovuna qadağa qoyulmazdan əvvəl insanlar bunun mahiyyətini anlamalıdırlar".

Bu sözləri Demokrat.az-a açıqlamasında ekoloq Qorxmaz İbrahimli deyib. 

"Qadağalar hər sahədə vacibdir. Balıqların yumurta qoyma sezonu başlayıb. Balıqlar qida mənbəyi olaraq artmalıdır. Sentyabrdan başlayaraq yenə də ovlanmağa icazə veriləcək. Nərə balığına hər zaman qadağan olub, ancaq Xəzər dənizində Nərə balığı demək olar ki, qalmayıb. Qadağalara baxmayaraq insanlar vəhşicəsinə balığın axırına çıxıblar. Ona görə də qadağadan öncə maarifləndirmə işi aparılmalı, kültür qazandırılmalıdır. Təəssüf ki, bu gün bununla bağlı olaraq məktəblərimizdə təlimlər, dərslər keçirilmir. Bu ayda balıq ovunun dayandırılması təqdirəlayiqdir".

Qeyd edək ki, bu gündən etibarən dənizdə balıq ovu qadağan edilib.

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top