Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda 1977-ci il təvəllüdlü Cəmilə ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı Abbasa (adlar şərtidir – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Ordubad rayonunun kəndlərindən birində baş verib. Kənd sakini Cəmilə həyat yoldaşı Abbasla şəxsi münasibətlər zəminində mübahisə edib. Onların arasında yaranan mübahisə zamanı Cəmilə ərinə bıçaqla zərbə vurub.
Hadisəni törədən Cəmilənin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Cəmilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, yaşadığı kənddə yerləşən evdə həyat yoldaşı Abbasla şəxsi münasibətlər zəminində sözlü mübahisə edib: “Mübahisə zamanı Abbas məni döyərək fiziki ağrılar yetirdi. Həmin vaxt Abbasın sol qoltuqaltı, sol bazu və qarın nahiyələrindən bıçaqla vuraraq onun sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olan xəsarət yetirdim. Törətdiyim əməldən peşmanam”.
Bu cinayət işinə Ordubad Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasının, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Cəmilənin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az