Türkiyənin vitse-prezidenti terrorçulara çağırış edib

GÜNDƏM 26 mart 2025, 00:25
Terrorçular üçün ən optimal yol təslim olmaq və silahı yerə qoymaqdır.

Bunu Türkiyənin vitse-prezidenti Cövdət Yılmaz “Habertürk”ün efirində PKK-YPG terrorçularına çağırış edərkən deyib.

C.Yılmaz bildirib ki, onlar toplantı keçirməli və müvafiq qərar qəbul etməlidirlər.

O, konkret tarix açıqlamasa da, terrorçuların ən qısa zamanda özlərini ləğv etmələri barədə qərarın ən düzgün seçim olduğunu qeyd edib.(Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top