Azərbaycanda kərə yağının bahalaşması son günlərin ən çox müzakirə olunan mövzusuna çevrilib. Qiymətlərin nəzərə çarpacaq dərcədə artması narazılığa səbəb olub. Kərə yağı idxalı ilə məşğul olan şirkətlər qiymət artımının səbəbini yağ ixrac edən ölkələrin qiymətləri bahalaşdırması ilə izah edirlər. Rəsmi qurumlar isə ciddi bahalaşmanın qeydə alınmadığını bildirir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin yanvar ayında yerli kərə yağının 1 kiloqramının orta pərakəndə satış qiyməti 18,91 manat idisə, may ayında bu rəqəm 19,36 manata yüksələrək 2,3% artım göstərib.
Eyni dövrdə idxal kərə yağının qiyməti isə 19,53 manatdan 19,79 manata qalxaraq 1,3% artım olub. “Yeni Müsavat”ın əməkdaşı bir neçə marketdə olub, qiymətlərlə maraqlanıb. Onu da qeyd edək ki, Bakıda kərə yağı qiymətləri markaya, çəkisinə və satış məntəqəsinə görə dəyişir.
Əvvəlcə ən bahalı kərə yağlarının qiymətini sadalayaq :
“President” yağı (1 kq, 82%) - 34 AZN
“Newland” yağı (1 kq) 22,45 AZN
“Best Cow” yağı (1 kq) - 23.49 AZN
Almaniya istehsalı olan “Gerda” (1 kq ) 27.50 AZN
Zellandiyanın “Colden Crown” yağı (1 kq) - 23.40 AZN
“Violetto” yağı (1 kq) 28,70 AZN
“Belaruskoe”(1 kq) 20,70 azn
“Maslo Litovskoe” (1 kq) - 24 AZN
Belarusun “BelMas” (1 kq) yağı - 22.90 AZN
“Yeni Zellandiya” yağı (1 kq) - 23 AZN
Türkiyə istehsalı “Pınar” yağı (1 kq) - 28.55 AZN
Bitki tərkibli yağların qiyməti isə nisbətən ucuzdur:
“Final” mətbəx yağı (1 kq) 6,80 AZN
“Kulinarka” bitki yağı (1 kq) 5,90 AZN
“Kərəm” bitki yağ spredi (1 kq) 4,79 AZN
“XOMANfarm” bitki yağı (1kq)13,24 AZN
“DAD AL” yerli bitki yağı (1 kq) 3,99 AZN
“Kalinka” bitki yağı spredi (1 kq) 9,28 AZN
Qiymətlərdən açıq-aydın görünür ki, yağların qiyməti günbəgün artır. Alıcılar bildirir ki, bahalı kərə yağlarının dadı yaxşı olsa da onların büdcələri hər zaman bu yağlardan istifadə etməyə imkan vermir. Ona görə də onlar bitki tərkibli spred yağları almağa məcbur olurlar. Səhhətində problem olanlar isə ucuz kərə yağı axtarışına çıxırlar. Qiymətlərin Novruz bayramından sonra bahalaşması isə diqqətdən yayınmır. Deməli, tələbat artdıqca qiymətlər də artır. Eyni zamanda yerli bazarda istehsalın azlığı da qiymətlərə ciddi şəkildə təsir edir.
İqtisadçı ekspert Natiq Cəfərli “Yeni Müsavat”a açıqlamasında bildirib ki, istehsalın artımı və bazarda bolluq qiymətlərin aşağı düşməsinə, rəqabətli mühit isə keyfiyyətin yaxşılaşmasına xidmət edir:
“Problem ondan ibarətdir ki, otlaq sahələrinin və mal-qaranın artması prioritet elan edilsə də, əks-effekt verdi. Son illər müşahidəsi göstərir ki, Azərbaycanda mal-qaranın sayında ciddi azalma var. Hətta Kənd Təsərrüfatı Nazirliyi də bir neçə gün bundan öncə açıqladı. Təəssüf ki, bunu insanların daha çox ət yeməsi ilə əlaqələndirdi. Lakin əsas səbəb kənd təsərrüfatında maldarlıqla məşğul olanların təşviq proqramlarının zəif olması, yemin bahalaşması, otlaq sahələrinin az olması və yaxud da yem bazaları üçün nəzərdə tutulan otlaqlarda texniki bitkilərin əkilməsidir. Bu kimi məsələlər Azərbaycanda son illər mal-qaranın sayının nəzərəçarpacaq dərəcədə azalmasına səbəb olub. Halbuki azad edilmiş ərazilərin bəzi hissələri, əsasən də Kəlbəcər, Laçın və Qubadlı otlaqlar üçün əlverişlidir. Ümid edirəm ki, orada məskunlaşma baş tutandan sonra kərə yağının istehsalında artım görünə bilər.
Azərbaycanda yerli istehsal adı altında şirkətlərə məxsus yağların bolluğunu görürük, lakin onların heç biri yerli istehsal deyil. Sadəcə, ölkəmizdə qablaşdırılır. Çox zaman bu yağlara qatqılar qatmaqla tərkibi ilə oynayırlar. Bu da bazara çıxarılan yağların keyfiyyətində problemlər yaradır, tərkibi 100 faiz kərə yağından ibarət olmur. Qiymətlə bağlı hökumətin əlində işlək mexanizm var, təəssüf ki, ondan istifadə etmirlər. Məsələn, yerli istehsalın çox az olduğunu nəzərə alaraq, kərə yağının gömrük rüsumlarını azaltmaq, hətta sıfırlamaq da olar. Beləliklə, vergi və gömrük rüsumlarını azaltmaqla bazarda satılan məhsulların qiymətinə müsbət təsir etmək mümkündür”.
2024-cü ilin sentyabr ayında idxal olunan kərə yağının 1 kiloqramının orta gömrük dəyəri 5,6 dollar (təxminən 9,5 manat) olsa da, pərakəndə satış şəbəkələrində bu məhsulun qiyməti 20,9 manata qədər yüksəlib. Bu, idxal qiymətləri ilə satış qiymətləri arasında əhəmiyyətli fərqin olduğunu göstərir.
Ekspertlər həmçinin kərə yağının bahalaşmasını Avropada heyvandarlıqda məhsuldarlığın azalması və dünya bazarında süd məhsullarının qiymətinin artması ilə əlaqələndirirlər. Azərbaycanda bir çox istehsalçılar xammalı xaricdən idxal etdikləri üçün, qlobal qiymət dəyişiklikləri yerli bazara da təsir edir.