Əcnəbilər Azərbaycan mətbəxində ən çox hansı yeməkləri sevirlər? — VİDEO

MARAQLI 24 mart 2025, 18:35
Milli mətbəximizin nə qədər zəngin olduğu dünyaya bəllidir. Bunu Azərbaycanın qonağı olan, bu təamlardan dadan hər kəs təsdiq edə bilər.

Kulinarlar deyirlər ki, mətbəximizdə 5 min çeşid yemək var. Bəs maraqlıdır, ən çox sifariş edilən milli yeməklərimiz hansılardır?

Baku TV-nin mövzu ilə bağlı paytaxt sakinləri və turistlər arasında apardığı sorğuya əsasən, yerli sakinlər plov və kababı daha çox sevirlər.

"Qışda buğlama, cız-bız, kabablar, yayda manqal salatı, pomidor, kələm dolmasına üstünlük veririk", - deyə sakinlərdən biri söyləyib.

Əcnəbilərin çoxu isə Azərbaycan mətbəxində ən çox dolmanı sevdiyini deyir.

"Azərbaycan yeməklərini sevirəm. Dolma, plov çox dadlıdır. 4 gün də buradayam, başqa yeməkləri də kəşf edəcəyəm", - deyə turistlərdən biri qeyd edib.

Ətraflı süjetdə:

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top