
Rusiyada azərbaycanlı iş adamı Araz Ağalarova məxsus olan “Crocus City Hall”da təşkil edilən faciəvi terror aktından 1 il keçir.
Demokrat.az Yenisabah.az-a istinadən xəbər verir ki, Xalq artisti Emin Ağalarov onlara aid olan məkandakı hadisə ilə bağlı paylaşım edib.
"Düz bir il əvvəl unudulması mümkün olmayan dəhşətli bir hadisə baş verdi. 22 mart, 2024-cü ildə "Crocus City Hall"da terror aktı qurbanlarının xatirəsinə ehtiramla. Terror qurbanlarının ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və acılarına şərik oluram. Yüzlərlə insanın həyatını xilas etmək üçün özünü qurban verməkdən çəkinməyən hər kəsə sonsuz təşəkkürlər. Əbədi yaddaşlarımızdasınız..." deyə, Ağalarov paylaşımında yazıb.
Qeyd edək ki, terror ötən il martın 22-si axşam saatlarında bir qrup silahlı yaraqlı “Piknik” qrupunun konserti zamanı kompleksə girərək atəş açıb. Daha sonra bina alovlanıb və çöküb. Faciədə 145 nəfər həlak olub, 551 nəfər yaralanıb. Hadisə ilə bağlı 10-dan çox şəxs həbs edilib.