Çatdırılma şirkətində dava: Əməkdaşın burnu sındı

HADİSƏ 21 mart 2025, 19:55

Bakıda fəaliyyət göstərən çatdırılma şirkətlərdən birinin əməkdaşları hücuma məruz qalıblar.

Demokrat.az xəbər verir ki, bu barədə Axar.az-a çatdırılma şirkətindən məlumat verilib.

Məlumata görə, hadisə 19 martda saat 21:00-da çatdırılma şirkətinin Nəsimi rayonunda yerləşən flialında baş verib.

Belə ki, şirkət əməkdaşları bağlamasını təhvil almaq istəyən müştəriyə mobil tətbiq vasitəsilə ödəniş etməli olduğunu bildiriblər. Ancaq müştəri ödəniş etməkdən imtina edib. Əməkdaşlar isə bağlamanı təhvil vermək üçün ödəniş etməli olduğunu bir daha qeyd ediblər. Daha sonra müştəri yanındakı xanımı filialdan uzaqlaşdırıb və əməkdaşları təhqir edib.

Ardınca şirkətin əşyalarına zərər verib, əməkdaşlara isə xəsarət yetirib. Hətta şirkət əməkdaşı olan Fəda Ələşrəfzadənin burun sümüyünü sındırdıqdan sonra hadisə yerindən uzaqlaşıb.

Hadisə ilə bağlı şirkət hüquq-mühafizə orqanlarına müraciət edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 mart 2025, 22:57
Top