Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Novruz bayramı münasibətilə MDB ölkələrindən olan həmkarlarını və bir sıra hökumət və dövlət başçılarını təbrik edib.
Bu barədə Demokrat.az-a Qazaxıstan liderinin Mətbuat Xidmətinə istinadən xəbər verir.
Təbrik edilənlər arasında Azərbaycan Prezidenti İlham Əliyev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğızıstan Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti Emoməli Rəhmon, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov, Türkmənistan Xalq Məsləhətının sədri Qurbanqulu Berdiməhəmmədov, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İran Prezidenti Məsud Pezeşkian, İraq Prezidenti Əbdüllətif Rəşid və Pakistanın Baş naziri Şahbaz Şərif var.
Qazaxıstanın dövlət başçısı təbrik teleqramlarında təbiətin dirçəlişini simvolizə edən bu bahar bayramının xalqları çoxəsrlik dostluq, qardaşlıq və qarşılıqlı hörmət telləri ilə sıx bağladığını da vurğulayıb.
O, Novruzun mənəvi dəyərlərinin ümumi məqsəd və vəzifələrə nail olmaq naminə dövlətlərarası qarşılıqlı fəaliyyətin gələcəkdə artmasına töhfə verəcəyinə əminliyini ifadə edib.