"Bavariya"nın sabiq futbolçusu Rafinyanın Münhen klubunun 125 illiyinə həsr olunan və veteranların qatıldığı Frans Bekkenbauer Kubokunda oynaması ona baha başa gəlib.
Demokrat.az xəbər verir ki, Braziliyanın "Koritiba" klubu Almaniyaya şəxsi işləri ilə əlaqədar gedən 39 yaşlı müdafiəçinin turnirdə iştirak niyyətini rəhbərliyə bildirmədiyi üçün onunla müqaviləyə xitam verib.
Karyerasının böyük hissəsini "Bavariya"da keçirən (2011-2019) və bu klubla yeddi dəfə Bundesliqanın, həmçinin 2013-cü ildə Çempionlar Liqası, UEFA Super kuboku, klubların dünya çempionatının qalibi olan Rafinya yanvarda 20 illik fasilədən sonra ilk klubu "Koritiba"ya qayıtmışdı. O, üç ay ərzində komandanın heyətində 10 oyun keçirib.
Qeyd edək ki, Rafinya 2008-2017-ci illər ərzində Braziliya millisinin heyətində cəmi dörd oyun keçirib.