Ötən gün səhər saatlarında İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlunun saxlanılmasından sonra məsələ ilə bağlı sosial media hesablarında paylaşım edənlərdən 37-si saxlanılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat yayıb.
O, sözügedən paylaşımların ictimaiyyəti nifrət və düşmənçiliyə sövq etdiyini, həmçinin onların cinayət törətməyə təhrik edən təxribat xarakterli yazılar olduğunu bildirib.
Daxili işlər naziri sosial mediada belə paylaşımlar edən 261 nəfərin müəyyənləşdirildiyini, onlardan 62-nin xaricdə olduğunu bildirib:
“Saxlanılma prosedurlarından sonra (Əkrəm İmamoğlunun saxlanılmasından söhbət gedir – red.) “Twitter” (X) sosial media platformasında 20 mart 2025-ci il saat 06:00-a (Bakı vaxtı ilə 07:00) qədər bu məsələ ilə bağlı ümumilikdə 18 milyon 647 min 269 paylaşım edilib. Bu paylaşımların 34 faizinin “bot hesab” olduğu müəyyən edilib”.