Azərbaycanda dəhşətli cinayət: Qayınanasıgildə yeyib-içdi, sonra isə... — VİDEO

KRİMİNAL 19 mart 2025, 23:23

Kişi qayınanasının evinə gələrək yeyib-içib, daha sonra ona qızını öldürdüyünü deyib.

Demokrat.az xezerxeber.az-a istinadən xəbər verir ki, hadisə Lənkəranda baş verib.

Lənkəran şəhər sakini 41 yaşlı Günel Tahirova yaralı vəziyyətdə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlərin səyi isə nəticəsiz qalıb.

Hadisəni törətməkdə şübhəli bilinən mərhumun həyat yoldaşı, 46 yaşlı İman Tahirov könüllü şəkildə polisə təslim olub. Anasının bildirdiyinə görə, qızının ailəsində tez-tez münaqişə baş verirmiş. İddiaya görə, qadının işində olan problemləri onun ailəsinə yansıyıb.

Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. Qeyd edək ki, cütlüyün iki övladı var. Onlardan biri Universitet tələbəsidir.

Hadisə ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Daha ətraflı videoda:
 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top