“Ərdoğana qarşı böhtan kampaniyası aparılır”

DÜNYA 19 mart 2025, 22:17
“Başlanılan istintaqın məzmunu və təfərrüatları ilə tanış olmadan aparılan siyasi və ideoloji qiymətləndirmələr arasında Prezidentimiz Rəcəb Tayyib Ərdoğana qarşı böhtan xarakterli iddiaların səsləndiyinin şahidi oluruq. Onun hüquqlarını bu böhtan kampaniyalarına qarşı qorumağa davam edəcəyik”.

“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun rəsmi “X” hesabında yazıb.

O, paylaşımda İstanbul Baş Prokurorluğunun apardığı silsilə araşdırmalar çərçivəsində İstanbul Böyükşəhər Bələdiyyəsinin məsul işçiləri və digər şübhəlilərin saxlanmasına dair qərardan sonra bəzi dairələrin, ilk növbədə, ana müxalifət partiyasının siyasi-ideoloji motivlərlə araşdırmaların bütövlüyünü pozmağa çalışdıqlarını müşahidə etdiklərini bildirib.

“Müstəqil məhkəmənin verdiyi istənilən qərara cəmiyyətin bütün təbəqələri tərəfindən hörmət edilməli olduğunu bir daha bildiririk və Kommunikasiya Müdirliyi olaraq bu prosesdə dezinformasiyaya qarşı mübarizəmizi davam etdirəcəyik.

Vətəndaşlarımızdan təsdiqlənməmiş və şübhəli məzmuna qarşı diqqətli olmaqla bu mübarizəni dəstəkləmələrini, həmişə olduğu kimi, rəsmi qurum və orqanların bəyanatlarına inanmalarını ciddi şəkildə xahiş edirik”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top