"Barselona" müdafiəçisi Jül Kunde ilə müqavilənin müddətini 2030-cu ilə qədər uzadıb.
Demokrat.az xəbər verir ki, məlumatı "Sport.es" yayıb.
Mənbənin məlumatına görə, klub və oyunçu 2027-ci ilə kimi nəzərdə tutulan müqavilənin müddətini daha üç - 2030-cu ilə qədər artırmaq barədə razılığa gəliblər ki, bu da 31 yaşlı Kundenin karyerasının sonuna qədər "Barselona"da qalmasına imkan verəcək.
Yeni müqavilə fransalının maaşında cüzi artıma şərait yaradacaq.
Müqavilənin uzadılmasının rəsmi təsdiqinin maliyyə məsələləri həll edildikdən sonra 2025-ci ilin yayında veriləcəyi gözlənilir. "Transfermarkt" oyunçunun dəyərini 60 milyon avro qiymətləndirir.