18 mart 2025-ci il tarixdə Hacıqabul rayonunda Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirildi. Mərasimdə Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, İcra Hakimiyyəti aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat kollektivləri, həmçinin rayon ictimaiyyəti iştirak etmişdir.
Novruz Bayramı xalqımızın baharın gəlişi, təbiətin canlanması, bərəkət, bərabərlik və əmin amanlıq rəmzi olan qədim bayramıdır. Minilliklər boyu türkdilli xalqlar, eləcə də bir sıra Şərq ölkələri Novruzu təntənə ilə qeyd etmişlər. Bu bayram təkcə təbiətin oyanışı deyil, həm də insan ruhunun yenilənməsi, mehribanlıq və birlik rəmzidir.
Bayram şənliyi şəhid anası Güldənə Bağıyeva tərəfindən bayram tonqalının yandırılması ilə başlandı. Tədbirdə iştirak edən qonaqlara xalqımızın əsrlər boyu qoruyub saxladığı milli-mənəvi dəyərləri ifadə edən səhnələr, milli mətbəximizin, xalq yaradıcılığının gözəl nümunələri təqdim olundu. Novruz bayramının personajları olan Kosa və Keçəl, Bahar qızı maraqlı çıxışları ilə tədbirdə xoş ovqat yaratdılar. Ulu Dədə Qorqud qəlblərə sevinc, fərəh və təravət gətirən Novruz bayramı münasibətilə rayon sakinlərini təbrik edərək onlara xoş arzularını çatdırdı. Bayram tədbirində rayon sahibkarlarının və fermerlərinin istehsal etdikləri müxtəlif çeşidli kənd təsərrüfatı və qənnadı məhsullarının satış yarmarkası təşkil olunmuşdur.