Daşqın səbəbindən hektarlarla ərazi su altında qalıb

DÜNYA 18 mart 2025, 23:40
Başqırdıstanda daşqın səbəbindən hektarlarla ərazi su altında qalıb.

Demokrat.az xəbər verir ki, bu barədə Başqırdıstanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

Daşqınlar Arxangelsk və İşimbayski rayonlarında qeydə alınıb. Fövqəladə hallar xidmətləri bu ərazilərdə vəziyyətə nəzarət edir.

Arxangelsk vilayətinin Azovo kəndində 42 yaşayış məntəqəsi su altında qalıb. Xilasedicilər 6 nəfəri təxliyə ediblər. Qeyd olunur ki, bəzi yerli sakinlər evlərini tərk etməkdən imtina edirlər. İnzər çayının döngəsində 300 metrdən çox uzanan tıxac qeydə alınıb.

 Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ağır texnikadan istifadə edərək suyun boşaldılması üçün xəndək qazıblar. 

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top