Prezident və birinci xanımın Ağdərəyə səfərinin görüntüləri sosial şəbəkələrdə paylaşılıb — VİDEO

GÜNDƏM 18 mart 2025, 23:46
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında ölkə başçısının birinci xanım Mehriban Əliyeva ilə Ağdərə rayonuna səfərindən görüntülər paylaşılıb.
 
Görüntülərdə səfər çərçivəsində bir sıra obyektlərin açılışı əks olunub.

Bunlardan biri Suqovuşunda məscidin açılışı olub. Bundan başqa, səfər çərçivəsində sözügedən qəsəbədə yaşayış kompleksi istifadəyə verilib.

Prezident və birinci xanım eyni zamanda Ağdərənin Həsənriz kəndində sakinlərlə birlikdə Novruz tonqalını da alovlandırıblar.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top