Hakerlər Afrika prezidentinin hesabını sındırıblar

DÜNYA 18 mart 2025, 22:37
Naməlum şəxslər Qana prezidenti Con Mahama-nın "X" sosial şəbəkəsindəki hesabını sındıraraq kriptovalyutanı reklam etmək üçün istifadə etməyə başlayıblar. 

Demokrat.az xəbər verir ki, bu barədə GhanaWeb portalı məlumat yayıb. 

Martın 17-də səhər saatlarında şöbə əməkdaşları prezidentin hesabının sındırıldığını öyrəniblər. Hazırda onlar "X" sosial şəbəkəsinin mütəxəssisləri ilə insidentin həlli və gələcəkdə oxşar haker hücumlarının qarşısının alınması üçün işləyirlər.

Qana prezidentinin sözlərinə görə, onun hesabına giriş bərpa edilib.

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top