“İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyinin sədri Ramil Əliyev QHT.az-a açıqlamasında bildirib ki, bir neçə gündür Türkiyə, İraq və Suriyadan olan 30-dan çox QHT və vətəndaş cəmiyyəti nümayəndəsi Azərbaycana səfər edib. Onlar ilk olaraq işğaldan azad olunmuş ərazilərə – Xocalı, Xankəndi, Şuşa və Füzuliyə səfər ediblər.
“Azərbaycan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin təşəbbüsü ilə Bakıda “Türkmən İrsi, Vətəndaş Cəmiyyətlərinin Həmrəyliyi, Ortaq Dəyərlər və Tarixi Mədəniyyətin İzləri” adlı forum keçirilib. Bu tədbir Novruz bayramı ərəfəsində, İlaxır çərşənbə gününə və eyni zamanda Türk dünyasının önəmli tarixlərindən biri olan Çanaqqala Zəfəri gününə təsadüf edib. Forum Heydər Əliyev Mərkəzində baş tutub və burada Türkiyə, İraq və Suriyadan olan nümayəndələrlə yanaşı, Azərbaycandan da yüzə yaxın QHT təmsilçisi iştirak edib. Ramil Əliyev tədbirin həm rəsmi, həm də bədii hissəsinin yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb. Forum çərçivəsində Məhəmməd Füzulinin şeirləri türkmən nümayəndələri tərəfindən səsləndirilib, Azərbaycanın milli musiqisi təqdim olunub və türk dünyası arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edilib”.
Ramil Əliyev bildirib ki, belə forumların davam etdirilməsi və işğaldan azad olunmuş ərazilərdə beynəlxalq QHT-lərin iştirakı ilə daha geniş miqyaslı tədbirlərin təşkili mühüm əhəmiyyət kəsb edir. O, forumun təşkilatçılarına və iştirakçılara təşəkkür edərək, gələcəkdə bu cür tədbirlərin daha da geniş miqyasda keçirilməsinin vacibliyini vurğulayıb.
Sonda Ramil Əliyev QHT.az redaksiyasının əməkdaşlarını İlaxır çərşənbə münasibətilə təbrik edib və fəaliyyətlərində uğurlar arzulayıb.