“2020-ci ilin noyabrından davam edən və iki istiqamətdə aparılan Ermənistan ilə Azərbaycan arasındakı münasibətlərin normallaşması prosesinin uzanması Ermənistanın qeyri-konstruktiv mövqeyi ilə əlaqədardır”.
Bu sözləri Demokrat.az-a açıqlamasında millət vəkili Müşfiq Cəfərov bildirib.
Millət vəkili qeyd edib ki, 2021-ci ilin dekabrından başlayaraq sülhyaratma prosesində vasitəçilik edən bütün dövlətlərin moderatorluğu ilə baş tutan danışıqların nəticə verməməsinin əsas səbəbi Ermənistanın qeyri-müəyyən mövqeyidir:
“Bu ölkə ikiüzlü siyasətini davam etdirməklə, nələrəsə nail olmaq fikrindədir. Bir tərəfdən Brüssel prosesinə sadiq olduğunu bildirən, hətta görüşlərdə irəliləyişlərə “hə” deyən rəsmi İrəvan, sonradan tamamilə fərqli mövqe nümayiş etdirir. Bir yandan sülhdən, ərazi bütövlüyünün tanınmasından, delimitasiya və demarkasiyanın vacibliyindən bəhs edən Ermənistan, nəticədə üzərinə götürdüyü öhdəliklərə riayət etmir. Bu qeyri-müəyyənlik isə bütövlükdə prosesin sürətlənməsini, sülhün və təhlükəsizliyin təmin olunmasını ləngidir”.
M. Cəfərov onu da əlavə edib ki, Azərbaycanın sülh çağırışına adekvat cavab verməyən Ermənistan ötən dövr ərzində müəyyən havadarlarının dəstəyinə ümid edirdi:
“Ermənistan sülh gündəliyini uzatmaq, proseslərin sürətini azaltmaq üçün müxtəlif ünvanların “qapısını döyürdü”. Təbii ki, regionda marağı olan bəzi ölkələr, hətta region dövlətləri belə, Ermənistanın bu destruktiv mövqeyini dəstəkləməklə ona “dayaq” olduqlarını göstərməyə çalışırdılar. Amma nəticədə bütün bu cəhdlər boşa çıxdı. Artıq Ermənistan da anlayır ki, başqa çıxış yolu yoxdur və Azərbaycanla sülh müqaviləsi imzalanmalıdır. Ermənistanla sülh müqaviləsi üzərində iş prosesi 2022-ci ilin martında Azərbaycanın Ermənistana 5 bəndlik sənədi təqdim etməsi ilə başlayıb. Bundan sonra İrəvan və Bakı sazişin yekun variantı ilə bağlı təkliflərini mübadilə edirlər. Ermənistan bundan öncə də dəfələrlə “sülhə sadiq” olduğunu iddia edib, lakin üzərinə götürdüyü öhdəliklərdən boyun qaçırmaqla sülh prosesini ləngitməyə çalışdığını nümayiş etdirib. Beləliklə, Azərbaycanın humanist və sülhpərvər mövqeyinə İrəvanın cavabı adekvat olmayıb. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında dəfələrlə bildirib ki, Ermənistanın militarizasiya və silahlanma siyasəti regional sülh və təhlükəsizliyə təhdiddir. Sülh müqaviləsinin imzalanması üçün Ermənistanın konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddiaları aradan qaldırılmalı və Ermənistan konstitusion əsasda Azərbaycana qarşı ərazi iddialarından imtina etməlidir”.
Leyla Turan
Demokrat.az