"Bakı Qlobal Forumu dünyanın ən aktual problemlərinin müzakirə olunduğu samballı beynəlxalq platformaya çevrilməkdədir. Forumun ildən-ilə nüfuzu artır, müzakirə olunan məsələlərin çeşidi artır. Bu onunla bağlıdır ki, forumda nüfuzlu dövlət adamları, müxtəlif sahələrdə idarəçilik təcrübəsi olan insanlar olur. Belə adamların ideyaları dünyanın indiki vəziyyətində irəli doğru hərəkət üçün təsiredicidir".
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Aydın Quliyev deyib.
Prezident İlham Əliyevin forumda çıxışı forumun əhəmiyyətini tamamlayan çıxış idi:
"Prezidentin çıxışında müasir dünyanın enerji, təhlükəsizlik, iqtisadi inkişaf, transformasiya və digər məsələlərdə yeni mərhələyə keçidin ən aktual məsələləri əks olundu. Dünyanın yeni düzəninin yarandığı dövrdə "dövlətlər nə etməlidir?" sualının minimum cavabının tapılmasında prezidentin məruzəsi xüsusi yer tutdu".
Politoloq bildirib ki, indiki şəraitdə dövlətlərin regional təhlükəsizlik və əməkdaşlıq problemlərinin həllində hansı məsələlərə üstünlük verilməsinə əhatəli cavab verildi:
"Dünya düzəninin dəyişməsi məsələsi artıq heç kimdə şübhə doğurmur. Yeni dünya düzəninin yaranacağı günə qədər dövlətlərin nə etməli olduğu hər birini maraqlandırırdı. Azərbaycanın təcrübəsi bu cavab axtarışlarında olduqca önəmlidir. Azərbaycanın öz imkanları hesabına problemlərin həlli modelini yaratması Presidentin məruzəsində yaxşı təqdim olundu. Prezident haqlı bildirdi ki, indiki şəraitdə təsir gücünü itirmiş beynəlxalq təşkilatlara söykənmək əvəzinə dövlətlər öz imkanlarına və ikili əməkdaşlıq modellərinə üstünlük verməlidirlər. Azərbaycanın özünə müttəfiq seçmək məsələsində və regional problemlərin həllində kifayət qədər təcrübəsi var. Azərbaycanın mürəkkəb bir regionda ərazi bütövlüyünü təmin etməsi sülh üçün böyük imkanlar açıb. Sülh üçün açılmış imkanların reallaşması üçün region ölkələrinin birliyinə ehtiyac var. Prezident qeyd etdi ki, SSRİ dövründə region bölgələri bir-birilə dostluq münasibətində idilər. İndi də belə olmaq üçün hər bir dövlət regionda sülhün mahiyyətini anlamalıdır. Sülhə və təhülkəsizliyə ən böyük təhdid hazırda Ermənistandır. Belə şəraitdə Ermənistan da qonşu ölkələrlə mehriban münasibətə önəm versə, Cənubi Qafqazda sülh bərqərar olar".
Onun sözlərinə görə, dünyanın enerji təhlükəsizliyində hazırda Azərbaycanın təcrübəsi və potensialı olduqca əhəmiyyətlidir:
"Bir sözlə, Prezidentin məruzəsi dünyanın yeni düzəninin formalaşması dönəmində dövlətlərin minimum vəzifələrinin düzgün təsvir olunmasında yaxşı bələdçi olaraq, köhnə dünya düzəninin fitnə-fəsadlarından mümkün qədər yan keçmək üçün əhəmiyyətlidir".
Əfsanə Kamal
Demokrat.az