Azərbaycan Pakistana başsağlığı verdi

GÜNDƏM 12 mart 2025, 23:47

“Pakistanda sərnişin qatarında insan tələfatı ilə nəticələnən terror aktı ilə bağlı xəbər bizi sarsıdıb və dərindən kədərləndirib”.

Demokrat.az xəbər verir ki bu sözlər Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında yaydığı bəyanatda yer alıb.

“Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların hamısına şəfa diləyirik. Bu çətin dövrdə biz qardaş Pakistan İslam Respublikası ilə həmrəyik və terror təhlükəsinin bütün forma və təzahürlərini qətiyyətlə pisləyirik”, - deyə məlumatda qeyd edilib.

Xatırladaq ki, Pakistanda “Bəlucistan azadlıq ordusu” ekstremist qruplaşmasının döyüşçüləri sərnişin qatarında 450 nəfəri girov götürmüşdü. Pakistan ordusunun məlumatına görə, silahlılar tərəfindən 21 mülki girov və dörd hərbçi öldürülüb. Sərnişin qatarından 300-dən çox girovu azad edildiyi bildirilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top