Gəncə Dövlət Filarmoniyasında Aygün Səmədzadənin mahnılarından ibarət konsert izdihamla keçib — FOTOLAR

MƏDƏNİYYƏT 12 mart 2025, 17:19
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Xalq artisti, öz bəstələri ilə qəlbləri fəth edən bəstəkar Aygün Səmədzadənin mahnılarından ibarət konsert proqramı baş tutub.

Gecədə Xalq artistləri İlqar Muradov, Eyyub Yaqubov, Teyyub Aslanov,  Əməkdar artistlər Gülüstan Əliyeva, Abbas Bağırov, həmçinin Ayaz  Qasımov, Kəmalə Əhmədova,  Zaur Gəray, Zəminə Rəhimova,  Səttar Qəmbərov, Sehri Əliyeva, Vüsal Hacıyev, Yeganə, Nazim Məmmədov, Emil Bədəlov, Elnaz Eyvazlı, Leyla İdrisova, İlkin Dövlətov& Zabitə, Pəviz Abdullayev, Leyla Rəhimova bəstəkarın sevilən mahnıları ilə çıxış ediblər.

 "Tut ağacım", "Arzular limanında", "Gecikmiş etiraf", "Bayatılar", "Eşq yağışı", "Peşmanam" və digər mahnılar gəncəlilər tərəfindən hərarətli alqışlarla qarşılanıb.









SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top