ABŞ Prezidenti Donald Tramp İranın Ali Rəhbəri Əli Xameneiyə məktub göndərib. Tramp Xameneini danışıqlara dəvət etdiyini bildirib. ABŞ prezidenti İranla razılaşmaya üstünlük verəcəyini və bunun İran hökumətinin danışıqlar üçün son şansı olduğunu vurğulayıb.
Xamenei Trampın məktubuna cavabında bildirib ki, Tramp öz tələblərini qəbul etdirməyə çalışır, ancaq bunu qəbul etməyəcəklər.
Siyasi şərhçi Sahil Kərimli Demokrat.az-a açıqlamasında bildirib ki, ABŞ ilə İranın uzun illərdir davam edən gərginliyi heç kimə sirr deyil:
“Tramp hakimiyyəti dövründə bu münasibətlərin daha da gərginləşəcəyi, hətta daha ağır müstəvilərə qədəm qoyacağı şübhə doğurmur. Çünki əvvəlki Tramp hakimiyyəti dövründə İrana qarşı necə aqressiv siyasət yürüdülməsinin şahidi olmuşduq.
Növbəti dəfə Tramp hakimiyyətə gəlməmişdən əvvəl seçki öncəsi açıqlamalarında İranla münasibətləri yenidən sərtləşdirəcəyini bildirmişdi. Bu gün artıq bunun ilkin işartılarının şahidi oluruq. Tramp administrasiyasının İranın nüvə məsələsi ilə bağlı açıqlamalar verməsi də bunu göstərir ki, tezliklə gərginlik daha da pik həddə gəlib çıxa bilər. Paralel olaraq onu da qeyd etməliyik ki, İranın Ali Rəhbəri Əli Xamenei də bu məktuba qarşılıq verib və o bildirib ki, İran heç bir danışıqlara getməyəcəkdir”.
Siyasi şərhçi qeyd edib ki, İranın ABŞ ilə hər hansısa bir müzakirələr aparması, təmaslar qurması, müəyyən məsləhətləşmələr və yaxud da sövdələşmələr aparılması ilə bağlı planı yoxdur:
“Bu isə o deməkdir ki, İran nüvə əldə etməklə bağlı öz planlarında israrlıdır. Bu istiqamətdə daha irəli getmək üçün müəyyən adımlar atılması heç də şübhə doğurmayacaqdır. Belə olduğu təqdirdə də ABŞ İrana bu və ya digər formalarla hərbi müdaxilə də edə bilər.
Məlumdur ki, İsrail ilə İran arasında son dövlərdə daha çox gərginlik ən yüksək səviyyə gəlib çatıbdır. Suriya kartından da ABŞ məharətlə istifadə edir. Çünki Suriyada yeni hakimiyyət gəldikdən sonra İranın da burada maraqları çox ciddi şəkildə sıxışdırılıbdır.
İran artıq Suriyada əvvəlki kimi nüfuz və söz sahibi deyil. Belə olduğu halda bölgədə yeni geosiyasi proseslər baş verə bilər. Bu da İranın əleyhinə olan proseslərdir. İran bu məsələlərdə də təbiidir ki, öz siyasi kursunu korrektə etmək məcburiyyətindədir. ABŞ ilə İran arasında gərginlik daha da yüksələcəkdir”.
Leyla Turan
Demokrat.az