Ukrayna Prezidenti Volodimir Zelenski fevralın 28-də Ağ Evdə baş verən gərgin mübahisədən sonra amerikalı həmkarı Donald Trampdan üzr istəyib.
“Zelenski prezidentə məktub göndərib. O, Oval kabinetdə baş verən hadisəyə görə üzr istəyib. Düşünürəm ki, bu, mühüm addımdır və komandalarımızla ukraynalılar və avropalılar arasında da bu məsələ ilə bağlı çoxlu müzakirələr aparılıb”, - o qeyd edib.
Bu üzr müharibənin gedişatına necə təsir edəcək?
Mövzu ilə bağlı siyasi şərhçi Əziz Əlibəyli Demokrat.az-a açıqlamasında bildirib ki, proseslər ABŞ-nın həmişə diktəsi ilə gedib:
“Bundan sonra da razılaşmalar o yöndə olacaq ki, Ukrayna yeraltı sərvətlərinin bir hissəsini Amerikaya verəcək. Qaldı ki, Zelenskinin taleyi ilə bağlı nə qərar veriləcək? Açığı bunu da düşünmək lazımdır. Amma bilmirəm, məsələdə yekun qərar nə cür veriləcək. Şübhə yoxdur ki, Zelenski hakimiyyətdən getmə ərəfəsinə çatır. Nəticə kimi Ukraynada seçkilər olacaq. Bəlkə Zalujnı seçildi. Bütün halda ABŞ istədiyini əldə eləməlidir. Burada Rusiya da məncə qazanclı çıxan tərəflərdən biri olacaq. Səbəbkar kimi Zelenski oyundan kənar duruma salınacaq. Proses hələ ki, onu göstərir”.
Leyla Turan
Demokrat.az