Gədəbəy rayonunda 1978-ci il təvəllüdlü Nəriman şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı və həmkəndlisi Əfqana (adlar şərtidir – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 20 iyun 2024-cü ildə baş verib. Nəriman həmin gün, saat 15 radələrində yaşadığı Gədəbəy rayonunun kəndi ərazisində qızı Aysel barəsində həmkəndlisi Arzunun xoşagəlməz ifadələr işlətməsi səbəbindən onun atası Əfqan ilə söhbət edib.
Bu zaman aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə və münaqişə zamanı Əfqanın qəsdən əlində olan ağacla vuraraq, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Hadisəni törədən Nərimanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nəriman ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, iyunun 20-də, saat 14:45-də evdən çıxıb, kəndin mərkəzinə yollanıb: “Yolda kənd icra nümayəndəsi və zərərçəkmiş Əfqanla rastlaşıb. Əfqana qızı Arzunun mənim qızım Ayselin haqqında xoşagəlməz şaiyələr yaydığına görə irad bildirdim. Bununla əlaqədar mübahisə yarandı. Mən Əfqanın əlindən ağacı alaraq, onun sağ qolundan vurdum. Törətdiyim əməldən peşmanam. Hazırda zərərçəkmişdən üzr istəmişəm. Ona vurduğum ziyanı aradan qaldırmışam, onunla barışmışam”.
Bu cinayət işinə Gədəbəy Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Nərimanın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az