DSMF-dən avtomobillə vuraraq piyadanı öldürən məmurla bağlı AÇIQLAMA

SOSİAL 09 mart 2025, 12:37
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 3 saylı Şəki-Zaqatala Regional Filialının direktoru Turan Əsədovun Qaxda piyadanı vuraraq ölümünə səbəb olması ilə bağlı DSMF məlumat yayıb.

Demokrat.az bildirir ki, məlumata görə, hadisə Turan Əsədov iftardan qayıdarkən baş verib:

"Turan Əsədov xidməti avtomobili ilə Şəki rayonundan iftardan qayıdarkən Qax rayonunun Güllük kəndindən keçən avtomobil yolunun qaranlıq hissəsində dayanan Natiq Həsənovu vuraraq qəza törədib.

Hadisədən dərhal sonra Turan Əsədov onu avtomobilinə qoyaraq Zaqatala Rayon Diaqnostika Mərkəzinə çatdırıb. Lakin həkimlərin bütün səylərinə baxmayaraq, həmin şəxs vəfat edib.

Mərhuma Allahdan rəhmət diləyir, ailəsinə başsağlığı veririk.

Hazırda hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır və əlavə məlumat veriləcək".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top