Torontoda atışma nəticəsində 12 nəfər yaralanıb

DÜNYA 08 mart 2025, 22:30

Kanadanın Toronto şəhərində kafedə baş verən atışma nəticəsində 12 nəfər yaralanıb.

Bu barədə yerli polis idarəsinin nümayəndəsi Pol Makinteyr məlumat yayıb.

Onun sözlərinə görə, cümə günü axşam saatlarında Skarboro bölgəsində yeni kafe açılıb. Bir müddət sonra məkana üç naməlum maskalı şəxs daxil olub, onlardan biri avtomatla silahlanmışdı.

“Birdən onlar atəş açmağa başladılar. Şadam ki, hadisə nəticəsində ölən olmayıb. Hazırda cinayətkarların axtarışı davam etdirilir”, - Makinteyr qeyd edib.(APA)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top