İcra başçısı şəhid anaları və xanımlarını təbrik etdi — FOTOLAR

SİYASƏT 07 mart 2025, 17:05
Hacıqabulda “8 mart - Beynəlxalq Qadınlar günü” münasibəti ilə şəhid anaları və xanımları ilə görüş keçirilib.

Demokrat.az
xəbər verir ki, 6 mart 2025-ci il tarixdə “8 mart - Beynəlxalq Qadınlar günü” münasibəti ilə şəhid anaları və xanımları ilə görüş baş tutub.

Qədir-Xum İstirahət Mərkəzində keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov şəhid analarını və xanımlarını qarşıdan gələn “8 mart - Beynəlxalq Qadınlar günü” münasibəti ilə  təbrik edib.

Şəhid anaları ilə səmimi söhbət edən rayon rəhbəri onların qayğı və problemləri ilə maraqlanıb. 

Şəhid anası Lalə İmaməliyeva çıxış edərək şəhid ailələrinə göstərilən diqqət və qayğı, həssas münasibətə görə ölkə başçısı cənab İlham Əliyevə, həmçinin rayon rəhbərliyinə öz minnətdarlığını bildirin.

Tədbir Ramazan ayına təsadüf etdiyi üçün qonaqlara iftar süfrəsi təqdim olunub.


































SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top