Ağ Evin sözçüsü Ukraynaya hərbi yardımın dayandırıldığını təsdiqləyib. Bu barədə “Reuters” agentliyi məlumat yayıb. "Prezident Donald Tramp diqqətini sülhə yönəltdiyini açıq şəkildə bildirdi. Biz tərəfdaşlarımızın da bu məqsədə sadiq qalmasına ehtiyac duyuruq. Rusiya-Ukrayna münaqişəsinin həllinə kömək etmək üçün yardımımızı dayandırırıq və nəzərdən keçiririk", - Ağ Ev sözçüsü bildirib.
Bununla bağlı politoloq Elçin Alıoğlu Demokrat.az-a açıqlamasında bildirib ki, Trampın dediyinə görə ABŞ Ukraynaya indiyə kimi 500 milyard dollarlıq yardım edib:
“Lakin bu belə deyil, çünki ABŞ indiyə kimi Ukraynaya yönəltdiyi yardımların bütün toplam həcmi 183 milyard dollardır. 183 milyard dollardan 3,8 milyard dolları qalıb. Ümumiyyətlə isə hərbi yardım olaraq ABŞ müvafiq olaraq 45,8 və 33,2 milyard dollar yardım göndərib. Bu yardımlardan yalnız 65,9 milyardı hərbi texnika üçün nəzərə tutulub, həmən yardımın da cəmiə 50 milyardı hərbi sursat texnika və silahlardır. ABŞ hərbi yardımları dayandırsa belə, Ukrayna bu ilin ortalarına qədər tam normal şəkildə hərbi əməliyyatları davam etdirmək üçün sursata və hərbi texnikaya malikdir”.
Politoloq diqqətə çatdırıb ki, Ukraynanın qızıl valyuta ehtiyatları 43 milyard dollardır və Avropada bu ilin sonuna qədər Ukraynaya 50 milyard avroluq yardım etmək niyyətindədir:
“Belə olarsa, onda Ukrayna həm 2026-cı, həm də 2027-ci ildə normal hərbi əməliyyatlar apara biləcək. Avropanın indiyə kimi yönəltdiyi Ukraynaya yardımların ümumi həcmi təxminən 158 milyard dollar təşkil edir. Bu pulların 120 milyard dolları birbaşa hərbi yardımlardır. Avropa İttifaqı ümumiyyətdə maliyyə və humanitar yardımlar qəsmində 70 milyard dollara ayırıb, 62 milyard hərbi yardımlardır. ABŞ-ın Ukraynaya etdiyi yardımlar Avropadan azdır”.
Leyla Turan
Demokrat.az