"Bir az əvvəl sizi aldatdılar" — Mitterandan Kuçmaya gecikmiş xəbərdarlıq

DÜNYA 06 mart 2025, 00:14
SSRİ dağılanda Ukraynanın 1.900 nüvə başlığı vardı. Yəni ABŞ və Rusiyadan sonra Ukrayna üçüncü ən böyük nüvə dövləti idi. Ancaq 1994-cü ilin dekabrında Macarıstanın paytaxtı Budapeştdə keçirilən ATƏT-in konfransında Belarus, Qazaxıstan və Ukrayna nüvə silahının yayılmaması müqaviləsinə qoşuldu. Rusiya, ABŞ, Böyük Britaniya, Çin və Fransa isə bu sənədə imza atdı.

Ukrayna Respublikasının 2-ci Prezidenti Leonid Kuçma (19 iyul 1994 – 23 yanvar 2005) həmin sənədi imzaladı. 1981–1995-ci illərdə Fransa Respublikasının Prezidenti olmuş Fransua Mitteran imzalanma mərasimindən dərhal sonra Leonid Kuçmaya yaxınlaşıb və tarixə yazılan bir söz deyib: “Cavan oğlan, sizə elə gəlmir ki, bir az əvvəl sizi aldatdılar”.

Leonid Kuçma o vaxt nüvə silahını Rusiyaya verməsydi Rusiya heç vaxt Ukraynaya hücum etməyə cəsarət etməzdi. Siyasətdə belə səhvlərin bədəli fəlakət olur. Rusiya Krımı işğal edəndə Leonid Kuçma səhv etdiyinin fərqinə vardı. Onda isə çox geç idi..

Elbəyi Həsənli,
Sürix

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
06 mart 2025, 11:40
06 mart 2025, 10:35
Top