Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla mübahisə etdiyinə görə üzr istəməli və ya öz postundan istefa verməlidir.
Bu barədə “Washington Post” qəzetində dərc olunan məqalədə deyilir.
“Volodimir Zelenski üzr istəsə, Donald Tramp nadir metallarla bağlı saziş imzalamaq üçün onu Ağ evə dəvət edəcək və hər şey bağışlanacaq. Ukrayna lideri isə bundan imtina edir və israrla heç bir səhv etmədiyini deyir. Bu, uzun müddət davam edə bilməz. Volodimir Zelenski ya üzr istəməli, ya da istefa verməlidir”, - deyə məqalədə bildirilir.
Bu vəziyyət ölkənin müharibə strategiyasına necə təsir edə bilər?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən politoloq Zeynal Əmrəliyev bildirib ki, “The Washington Post” qəzeti Donald Trampa yaxın media orqanıdır:
“Onun belə bir xəbər tirajlaması təbii ki, normal qəbul olunacaq məsələdir. Ancaq eyni zamanda Zelenskinin Trampa qarşı münasibətində yumşalma görməyəcəyik. Artıq böyük ehtimalla üzr istəməkdən söhbət gedə bilməz, çünki Avropa ölkələrinin Londonda keçirilən sammitdə də Ukraynaya dəstək nümayiş etdirildi. Beləliklə, hələ də tam əhəmiyyətli bir qərar qəbul edilməsə də, müəyyən dəstəkdən söhbət gedir və ABŞ-nin də hələ ki, Ukraynaya hərbi yardımını tam dayandırmaq niyyəti yoxdur. Eyni zamanda son zamanlar Ukraynanın Çinlə münasibətlərində irəliləyiş müşahidə edirik. Bir müddət əvvəl Zelenski Ərəb ölkələrinə – Birləşmiş Ərəb Əmirliklərinə və Səudiyyə Ərəbistanına səfər etmişdi. Həmçinin Ankaraya gələrək Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla beşinci dəfə görüş keçirmişdi. Bütün bunların fonunda Ukrayna çalışacaq ki, böyük ehtimalla, əvvəlcədən hesablanmış şəkildə ABŞ-dən gələcək maliyyə yardımlarının kəsilməsini Ərəb ölkələrindən əldə edəcəyi yardımlarla kompensasiya etsin”.
Politoloq onu da qeyd edib ki, Ukraynanın hərbi və diplomatik dəstəyi Türkiyənin vasitəsilə əldə etmək niyyəti var idi:
“Ancaq nəzərə almaq lazımdır ki, Amerika Birləşmiş Ştatlarının Ukraynaya dəstəyi çox böyük əhəmiyyət kəsb edir. Çünki ABŞ-nin verdiyi silahlar hesabına Ukrayna Rusiyanın dəniz qüvvələrinə ciddi zərbələr endirərək müharibənin gedişinə təsir göstərə bilirdi. Ukraynanın indiyə qədərki ən böyük uğurlarından biri olan Kursk əməliyyatının həyata keçirilməsində və oradakı qələbədə əsas üstünlük məhz ABŞ-nin təmin etdiyi silahlara aid idi. Bütün bunların fonunda ABŞ-nin dəstəyini qismən də olsa azaltması Ukrayna üçün təbii ki, çətinlik yaradacaq amildir. Buna baxmayaraq, hələ ki, Kiyev və Vaşinqton arasında hansısa yaxınlaşma gözlənilmir. Zelenskinin Trampdan üzr istəməsi və ya hər hansı formada öz şəxsiyyətini və dövlətini alçaltması isə həm Ukraynanın gələcəyi, həm də Zelenskinin siyasi karyerası üçün faciəvi nəticələrə səbəb ola bilər”.
Leyla Turan
Demokrat.az