Son zamanlar cəmiyyətimizdə beş və daha çox uşağı olan ailələrə aylıq müavinətin ödənilib-ödənilməməsi ilə bağlı xeyli suallar yaranıb. “Əmək pensiyaları haqqında” Qanuna əsasən, beş və daha çox uşağı olan qadınlar və kişilər 5 il daha tez pensiyaya çıxırlar. Bu Qanuna görə, 5 və daha çox uşağı olan ailələr çoxuşaqlı ailələr hesab olunurlar.
Bəs bu yalnız beş uşağı olan ailələrə şamil edilməlidir?
Sosioloq Lalə Mehralı bu barədə Demokrat.az-a açıqlamasında bildirib ki, qanunlara görə 6 uşağı olanlar çoxuşaqlı ailə sayılır:
“Bu gün ölkəmizdə 6 uşağı olan çox az ailə var. Yəni, çoxuşaqlılıq meyarından çox az ailə yararlanır. Ölkə üzrə belə ailələrin sayı 5-6 mindir. Ümumiyyətlə, 6 uşağı dünyaya gətirib, böyütmək çox böyük məsuliyyətdir. Çoxuşaqlılıq əslində, gözəl şeydir. Bir millətin gələcəyi, bir dövlətin qarantıdır. Həm suverenliyi baxımından, həm təhlükəsizliyi baxımından, həm ümumilikdə demoqrafik vəziyyət baxımından çoxuşaqlılıq yaxşı bir vəziyyətdir. Biz əslində, çalışmalıyıq ki, insanlar nəsil artırmaqda maraqlı olsun. Yəni, çoxuşaqlılığı təbliğ etməliyik”.
Sosioloq əlavə edib ki, insanlara çoxuşaqlılığa görə dəstək verilməlidir:

“Çoxuşaqlı deyəndə üç və daha artıq ailələri nəzərdə tuturam. Hazırkı dövrdə üç və daha artıq uşağı olan ailələr də çoxuşaqlı sayılmalıdır. Halbuki 6 uşaq olanlar çoxuşaqlı sayılır. 5 uşağı olanlar da var ölkəmizdə, amma onlar çoxuşaqlı sayılmır. Normalda onlar da sayılmalıdır. İndi hansı ailəyə baxırsan, 1 və ya 2 uşaqla kifayətlənir. Amma 3 uşağı olan ailə çoxuşaqlılıq meyarına aid edilsə, insanların özünün marağı yaranar. Nəsil artırmaqda maraqlı olarlar. Ailələr uşaqların böyümə prosesi, təhsil, qidalanma yəni təminat məsələsində dövlətin kölgəsini üzərində hiss edər və nəsil artırmaqda maraqlı olarlar. Ona görə çoxuşaqlılıq meyarını aşağı salmaq lazımdır”.
Leyla Turan
Demokrat.az