Bakının Yasamal rayonunda yerləşən "VMF Continental" mağazasından oğurluq etməkdə ittiham olunan Zhang Guomin və Liu Bo-nun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Demokrat.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi illə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra hakimlər onlara hüquq və vəzifələrini izah ediblər. Həmçinin öz dillərində olan tərcüməçi ilə təmin olunublar.
Məhkəmə baxışı martın 12-ə təyin olunub.
İttihama görə, onlar Yasamal rayonunda yerləşən "VMF Continental" mağazasından 330 min manat dəyərində olan " Breguet" markalı qol saatını gizli yolla oğurlayıblar.
Zhang Guomin və Liu Bo Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda ziyan vurduqda) maddəsi ilə ittiham olunurlar.
Qeyd edək ki, mətbuatda yazılan məlumatlara görə, "VMF Continental" mağazası ANS şirkətlər qrupunun prezidenti Vahid Mustafayevə məxsusdur.
Fariz Məlikli
Demokrat.az