Bakıya gətirilən bahalı avtomobillər yandı — ANBAAN VİDEO

HADİSƏ 03 mart 2025, 10:23
Bakı-Quba ödənişli avtomobil yolunun 95-ci kilometrliyində yanğın olub.

Demokrat.az FHN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, “Mercedes” markalı yük avtomobilinin qoşqusunda (qoşqu sürücü tərəfindən avtomobildən ayrılıb) olan 5 ədəd “Toyota” markalı minik avtomobili və qoşqunun yanar hissələri yanıb.

Qoşquda olan digər 3 avtomobil yanğından mühafizə olunub. Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxşar hadisənin martın 1-də Bakı-Qazax yolunda da baş verdiyi bildirilir. Həmin hadisə vaxtı yük avtomobili tamamilə yanaraq sıradan çıxıb.





 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
03 mart 2025, 18:50
Top