Qəzzaya humanitar yardımlar dayandırıldı

DÜNYA 02 mart 2025, 17:29
İsrail Qəzzada atəşkəs və əsir mübadiləsi razılaşmasının birinci mərhələsi başa çatdıqdan sonra Qəzza zolağına humanitar yardımın daxil olmasını dayandırıb.

Demokrat.az xəbər verir ki, bu haqda Baş nazir Binyamin Netanyahunun ofisi açıqlama yayıb.

Netanyahunun bu gün səhər saatlarından etibarən Qəzza zolağına hər cür humanitar yardımın girişini dayandırmağa qərar verdiyi bildirilib.

Səbəb kimi razılaşmanın 42 günlük birinci mərhələsinin dünən başa çatması, İsrailin qəbul etdiyi danışıqların davam etdirilməsi ilə bağlı ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffun layihəsini HƏMAS-ın qəbul etməməsi göstərilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top