Nostradamus Ukraynanın qələbəsini proqnozlaşdırıbmış — İşin içində Türkiyə də var (VİDEO)

DÜNYA 02 mart 2025, 17:12
ABŞ-nin “The New York Times” qəzeti fransalı astroloq və öncəgörücü Mişel Nostradamusun Ukraynadakı müharibə ilə bağlı proqnozunu dərc edib. Onun dedikləri müharibənin bu il başa çatacağına işarə verir.

Demokrat.az xəbər verir ki, Nostradamusun proqnozuna görə, iki ölkənin ordularının maddi baxımdan çöküşü və resurslarının ciddi şəkildə tükənməsi müharibənin davam etdirilməsini mümkünsüz edəcək. 

Ehtimal edilir ki, Fransa və Türkiyə Ukraynanın qələbəsi və ya diplomatiya yolu ilə sülhün əldə olunmasına töhfə verəcək.

Astroloqun başqa bir proqnozu Böyük Britaniyaya aiddir. M.Nostradamus Britaniyanın amansız vəba ilə üzləşəcəyini iddia edib.

Astroloqun öncəgörmələrində təbii fəlakətlərdən də söz açılır. Tədqiqatçıların sözlərinə görə, M.Nostradamusun işarə etdiyi ərazi Cənubi Amerikada Amazon meşələrinə aiddir. Braziliya, Peru, Kolumbiya və digər ölkələrin ərazilərinin daşqın və vulkanik fəaliyyətlərdən əziyyət çəkməsi ehtimal olunur.

Başqa bir proqnoz kosmik cismin Yerlə toqquşmasından bəhs edir. M.Nostradamusun “taleyin öncülü” adlandırdığı obyekt bütün planetin taleyini dəyişəcək, amma insanlara ikinci şans verəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top