Səsyazısı yayılan direktorla bağlı araşdırma aparılacaq — RƏSMİ

SOSİAL 02 mart 2025, 11:17
Sosial şəbəkələrdə Bakı şəhəri 231 nömrəli tam orta məktəbin direktoru Lamiyə İlhamsoya aid olduğu iddia edilən səsyazısı yayılıb.

Demokrat.az
xəbər verir ki, səs yazısına əsasən belə məlum olur ki, direktor müəllimlərin ona ad günündə aldığı hədiyyəni özünə yaraşdırmadığı üçün müəllimləri təhqir edir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılacaq və nəticə haqqında əlavə məlumat veriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
02 mart 2025, 19:33
Top