"Ermənistan ictimaiyyəti çaşdıran fikirləri səsləndirməyi dayandırmalıdır" — Politoloq

GÜNDƏM 28 fevral 2025, 15:26
Baş nazir Nikol Paşinyan Azərbaycanla Ermənistan arasında sülh sazişinin iki bəndinin hələ də razılaşdırılmadığını bildirib. Paşinyanın sözlərinə görə, razılaşdırılmayan bəndlərdən biri tərəflərin sərhəddə avropalı müşahidəçilərin yerləşdirilməsi məsələsi ilə bağlıdır. Digəri isə “Bakının İrəvanın kommunikasiyaların açılması təklifinə də müsbət cavab verməməsi”dir. Paşinyan Rəsmi Bakının silahların qarşılıqlı nəzarəti və yoxlanılması mexanizminin yaradılması ilə bağlı İrəvanın təklifini cavabsız qoyduğunu da iddia edib. 

Bununla bağlı politoloq İlyas Hüseynov Demokrat.az-a açıqlama verib.

O qeyd edib ki, Paşinyan Azərbaycan və Ermənistan arasında sülh prosesi və sülh müqaviləsinin imzalanması ilə bağlı kifayət qədər müəmmalı fikirlər səsləndirib:

“Çünki sülh müqaviləsi ilə bağlı iki məsələ müzakirə mövzusu idi.  Onlardan biri  Azərbaycan və Ermənistan sərhədində üçüncü dövlətlərə aid qüvvələrin geri çəkilməsi məsələsidir. Bu da Avropa İttifaqı ilə Ermənistanda yerləşən missiya ilə birbaşa bağlıdır. Digər məsələ isə Azərbaycan və Ermənistanın beynəlxalq təşkilatlar çərçivəsində, beynəlxalq məhkəmə meydanlarında bir-birinə qarşı vəsatətlər qaldırmaması məsələsini əhatə edirdi. Belə görünür ki, Paşinyan kommunikasiyaların açılması məsələsini də sülh müqalivəsinin tərkib hissəsi kimi görür. Lakin qeyd etmək lazımdır ki, Azərbaycan və Ermənistan arasında kommunikasiya xətlərinin açılması və Zəngəzur dəhlizinin istifadəyə verilməsi müstəvisində olan bütün danışıqlar sülh müqaviləsindən kənarlaşdırılıb”.

Politoloq əlavə edib ki, bütün məsələlər digər bir formatda, qarşıdakı dövrdə müzakirə olunacaq:

“Bu da ona görə edilir ki, sülh müqaviləsi tez bir zamanda imzalansın və bu cür vəziyyətin yaranmasının səbəbkarı da Ermənistandır. O qədər kənar geosiyasi mərkəzləri regiona cəlb etdi ki, bir çıxılmaz vəziyyətdə yarandı. Ona görə də hesab edirəm ki, Ermənistan ictimaiyyəti çaşdıran fikirləri səsləndirməyi dayandırmalıdır. Digər tərəfdən kütləvi silahlanması kontekstində həm də silahların qarşılıqlı nəzarəti və yoxlanılması  mexanizmin yaradılmasının bakı tərəfdən imtinası məsələsini də ortaya atmasın. Azərbaycan özü maraqlıdır ki, kommunikasiya xətləri açılsın”. 

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top