"Azərbaycan QHT-lərinin də peşə bayramı günü təsis edilə bilər" — Rauf Zeyni

SİYASƏT 27 fevral 2025, 14:21
27 fevral dünyada Beynəlxalq QHT Günü münasibətilə Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzinin sədri Rauf Zeyni QHT.az-a açıqlamasında bildirdi ki, indiyə qədər Azərbaycanda bu günlə bağlı xüsusi tədbirlər keçirilməyib.

"Biz uzun müddətdir qeyri-hökumət təşkilatlarının fəaliyyətinə dəstək veririk və vətəndaş cəmiyyəti institutlarının inkişafına töhfə verməyə çalışırıq. Lakin yaddaşımda olan qədər, milli QHT-lər bu beynəlxalq günü qeyd etməyib. Bu il isə Beynəlxalq QHT Günü mediada diqqət mərkəzinə düşüb və bu barədə müəyyən informasiyalar yayımlanıb," – deyə Rauf Zeyni vurğulayıb.

QHT sədri qeyd edib ki, Azərbaycanda müxtəlif sahələrdə çalışan peşəkarlar üçün xüsusi günlər mövcuddur, lakin QHT sektorunda belə bir rəsmi peşə bayramı təsis olunmayıb. "İnanıram ki, yaxın gələcəkdə Azərbaycan QHT-lərinin də peşə bayramı günü müəyyən ediləcək və bu, sektorun inkişafına töhfə verəcək. Belə olan halda QHT-lər də öz peşə bayramlarında xüsusi tədbirlər təşkil edə biləcəklər," – deyə Rauf Zeyni əlavə edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 fevral 2025, 08:26
Top