Ağdamda məskunlaşma genişlənəcək — Böyük köç olacaq (VİDEO)

SOSİAL 26 fevral 2025, 22:29
Bu il ərzində Ağdama 10 minə yaxın sakinin köçürülməsi nəzərdə tutulur.

Demokrat.az Xəzər TV-yə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

O bildirib ki, Füzuli şəhərinə də köç prosesi davam edir. Şəhərdə bir sıra layihələr icra edilir.

Emin Hüseynov həmçinin bildirib ki, Füzulinin Dövlətyarlı kəndinin layihəsi də icra olunmağa başlayıb, tikinti prosesinə start verilib. Yaxın vaxtlarda isə Pirəhmədli kəndinin tikintisinə başlanılacaq. İl ərzində Qaraxanbəyli kəndinin də layihəsi hazır olacaq.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 fevral 2025, 22:38
Top