Bakının məşhur klinikasının vergi ilə başı dərddə — Bu dəfə 100 minlik borc

GÜNDƏM 26 fevral 2025, 23:19
"Referans Klinik Laboratoriya və Poliklinika Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) külli miqdarda borcu yaranıb.

Demokrat.az musavat.com-a istinadən bildirir ki, MMC-nin bu gün üçün vergiyə olan borcu 100 min manata yaxındır.

Nizamnamə kapitalı 250 manat olan MMC-nin qanuni təmsilçisi Aqil Mirzəyevdir.

Qeyd edək ki, MMC bir neçə dəfə də vergi hesabatını vaxtında təqdim etmədiyinə görə maliyyə sanksiyası ilə üzləşib.

Bildirək ki, Bakının məşhur klinikalarından olan "Referans Klinik Laboratoriya və Poliklinika Mərkəzi" 2016-cı ildən etibarən laborator, 2018-ci ildən isə poliklinik xidmətlər üzrə fəaliyyət göstərir.

MMC-nin Bakı şəhərində 16, bölgələrdə isə 14 filialı var.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 fevral 2025, 22:38
Top