39 yaşlı aktrisa evində ölü tapıldı

ŞOU-BİZNES 27 fevral 2025, 00:07

39 yaşlı məşhur aktrisa Mişel Traxtenberq vəfat edib. 

1996-cı ildə məşhur olan "Casus Harriet" filmi ilə tanınan aktrisa Manhettendəki evində huşsuz vəziyyətdə tapılıb. Belə ki, 51 mərtəbəli binadan lüks mənzildə yaşayan aktrisa ilə bağlı polisə çağırış daxil olub. Həkimlər onun hadisə yerində öldüyünü müəyyən ediblər.

Polisin dediyinə görə, heç bir zorakılıq əlaməti aşkar edilməyib. Hazırda Nyu-York Tibbi Ekspertizası ölümün səbəbini araşdırır.

Trahtenberqə bu yaxınlarda qaraciyər köçürülüb. Onun ölüm səbəbi hələ açıqlanmayıb, lakin bunun xəstəlik səbəbindən olduğu güman edilir. (Axşam.az)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 fevral 2025, 22:38
Top