Valideynlə mübahisə zamanı halı pisləşən müəllim vəfat etdi — FOTO

HADİSƏ 26 fevral 2025, 23:45

Bakıda müəllimlə valideyn arasında mübahisə ölümlə nəticələnib.

Demokrat.az oxu.az-a istinadən xəbər verir ki, hadisə bir neçə gün öncə 25 nömrəli məktəbdə baş verib.

Belə ki, təhsil müəssisəsinin Azərbaycan dili müəllimi Xeyransa Karakovanın mübahisə zamanı halı pisləşib və komaya düşüb.

O, 2 gün komada qalıb. Ötən gün 55 yaşı olmuş müəllim bu gün müalicə aldığı xəstəxanada vəfat edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 fevral 2025, 22:38
Top