"Aİ-nin sərhəddə missiyasının aktivləşməsi təbii haldır. Uzun müzakirələrdən sonra missiyanın fəaliyyətinə daha iki il davam etməsi ilə bağlı qərar verildi. Avropada bəzi qüvvələr belə bir missiyaya ehtiyac olmadığını düşünsə də, əksəriyyəti Fransanın təzyiqi altında missiyanın ömrünün uzadılmasına qərar verdi. Görünür ki, Aİ missiyası bu iki il ərzində daha aktiv fəaliyyət göstərəcək".
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Aydın Quliyev deyib.
"Onların fəaliyyətində Azərbaycana, Rusiyaya qarşı kəşfiyyat, sərhəd bölgələrində Ermənistanın müəyyən hazırlıqlarına don geyindirilməsi, Ermənistanın hərbi gücünün artırılması yönündə müəyyən işlər dayanır. Missiyanın rəhbəri bu günlərdə Ermənistanda sərhədlərdə gərginliyin olmadığını desə də, sərhəddə hazırlıqların getdiyini gizlətməyib. Açıq-aşkar görünür ki, Ermənistanın müharibə hazırlığı içərisində olması missiyanın da diqqətindən yayınmır, hətta onların bu hazırlıqlara çətir rolu oynadığı da görünür. Digər yandan Aİ missiyası sərhədlərdə kəşfiyyat apardığını da gizlətmir. Missiyanın rəhbəri açıq şəkildə dedi ki, onlar insanlarla görüşür, gəncləri və sadə adamları Avropa dəyərləri ilə tanış edirlər. Bu, Avropa dəyərləri ilə tanışlıq adı altında bölgədə Avropa dəyərlərinin gücləndirilməsi yönündə fəaliyyətdir. Bu gün Azərbaycan Aİ ilə məsafə saxlasa da, Ermənistan tam şəkildə Avropaya inteqrasiya etmək marağındadır. Avropa dəyərləri Ermənistanda möhkəmlənərsə, inteqrasiya sürətlənəcək. Bundan sonra Azərbaycana qarşı kəşfiyyat fəaliyyətinin aparılması özünü aktiv şəkildə göstərəcək".
Əfsanə Kamal
Demokrat.az