29 yanvarda keçirilən bələdiyyə seçkilərinin nəticələrinə əsasən lider namizədlər arasında 44 günlük Vətən müharibəsində şəhid olan əsgərin bacısının adı da yer alıb.
19 yaşında şəhid olmuş Cəsarət Səfərovun bacısı Həqiqət Məmmədova 30 Saylı Suraxanı Birinci Seçki Dairəsi üzrə Yeni Suraxanı Bələdiyyəsinin üzvü seçilib.
O, sözügedən quruma üzv seçilmiş digər şəxslərin iştirakı ilə keçirilən iclasda sədr seçilib.
Məlumat üçün bildirək ki, H.Məmmədovanın əmisi oğlu leytenant Şahmar Səfərov da İkinci Qarabağ müharibəsində şəhid olub.
Qeyd edək ki, yeni bələdiyyə sədri bələdiyyə seçkilərində 3479 səs toplayaraq seçilən digər üzvlər arasında da birinci yerdə qərarlaşıb. (Ölkə.Az)